DÜNYA

13 Sentyabr

Bayden ABŞ hava limanlarını tənqid edib

ABŞ prezidenti Co Bayden ölkədəki hava limanlarının vəziyyətini tənqid edərək, ötən il təsdiqlənən infrastruktur paketindən bu hava limanlarında terminalların yenilənməsi və karbon emissiyalarının azaldılması üçün müəyyən vəsait ayıracaqlarını bildirib.

"Fins.az" xəbər verir ki, Bostonun Loqan Hava Limanında etdiyi çıxışda Bayden buraya yatırılacaq 62 milyon dollarlıq sərmaye barədə açılama verib. 

Sözügedən sərmayə çərçivəsində hava limanının beynəlxalq terminalının modernləşdiriləcəyini və uçuş-enmə zolaqlarının inkişaf etdiriləcəyini bildirən Bayden, bura ediləcək sərmayə ilə təxminən 6 minə yaxın əlavə məşğulluq təmin edəcəklərini bildirib. 

Bayden, "Amerikada heç bir hava limanı dünyanın ilk 25 hava limanı arasında deyil. Bu, bizim üçün niyə vacibdir? Ticarət deməkdir, gəlir deməkdir, təhlükəsizlik deməkdir və biz dünyanın ilk 25-liyinə belə düşə bilmərik." ifadəsini işlədib. 

Çin kimi ölkələrin son illərdə infrastruktur sərmayələri olmadığı üçün iqtisadi cəhətdən ABŞ-ı tutduqlarına diqqət çəkən Bayden, nəhayət 1 trilyon dollarlıq bir infrastruktur paketi imzaladıqlarını və ölkə daxilində hava limanlarına milyardlarla dollar sərmayə qoya biləcəklərini bildirib.

Müəllif: Aynur Qəniyeva