DÜNYA

12 Sentyabr

Scholz: Almaniya qaz axınının kəsilməsinə hazırdır

Almaniya kansleri Olaf Şolz bəyan edib ki, Almaniya Rusiyaya qaz axınını kəsməyə hazırdır. Şolz, lazım gələrsə, ölkənin cənubundakı atom elektrik stansiyalarından da istifadə edə biləcəklərini bildirib.
"Fins.az" xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatı Almaniyanın Rusiyanın qaz axınının kəsilməsinə qarşı tarixin ən ağır qışına hazırlaşdığı bir vaxtda baş nazir Olaf Şolz nikbin bəyanatla çıxış edib.

Kansler Şolz Almaniyanın Rusiyanın qazı kəsməsinə hazır olduğunu bildirib. Scholz, ölkənin şimalındakı terminalların da LNG idxalı üçün hazır olduğunu bildirdi.

Scholz qaza qənaət etdiklərini, yenidən istilik stansiyalarının istehsal gücündən istifadə etdiklərini bildirib. Scholz, lazım gələrsə, ölkənin cənubundakı atom elektrik stansiyalarının gələn ilin əvvəlində istifadə oluna biləcəyinə də diqqəti cəlb edib. 

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habeck ölkədə qalan 3 atom elektrik stansiyasından 2-nin qışda mümkün enerji qıtlığına qarşı 2023-cü ilin aprel ayının ortalarına qədər fövqəladə ehtiyat olaraq gözləmə rejimində saxlanılacağını açıqlayıb.

Digər tərəfdən, elektrik stansiyalarının operatoru olan şirkət bu planın texniki cəhətdən mümkün olmadığını, bu elektrik stansiyalarının təchizatı baxımından problemlərin ola biləcəyini bildirib.

Müəllif:Aynur Qəniyeva