Bu mərkəzlərdə şirkətin tərəfdaşları və müştəriləri Kaspersky həllərinin proqram kodu, məhsul yeniləmələri, antivirus məlumatlar bazası, təhlükənin tanınması qaydaları haqqında məlumat əldə edə bilərlər.
"Fins.az" xəbər verir ki, Kaspersky eyni zamanda üç yeni Şəffaflıq Mərkəzi açılışını edib. İndi şirkətin Sinqapur, ABŞ və Yaponiyadakı müştəriləri və tərəfdaşları qəbul edilmiş məhsul hazırlığı və məlumatların emalı təcrübələri ilə tanış ola və məhsulların mənbə kodunu təhlil edə bilərlər.
Kaspersky özünün Şəffaflıq Mərkəzləri şəbəkəsini yaratmağa 2018-ci ildə, ilk belə mərkəzini Sürixdə açmaqla başlayıb. Şirkət belə bir təşəbbüslə çıxış edən ilk kibertəhlükəsizlik təşkilatıdır. Bu, Kaspersky tərəfindən təhlükəsizlik texnologiyaları, infrastruktur və məlumatların emalı təcrübələri ilə bağlı daha öncə görünməmiş şəffaflığa doğru atılan ilk addım idi.
Qeyd edək ki, İnformasiya Şəffaflığı üzrə Qlobal Təşəbbüs haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: //www.kaspersky.com/transparency-center