Böyük Britaniyanın yeni Baş naziri Liz Trass bu gün parlamentin İcmalar Palatasında hökumətin enerji ödənişləri ilə bağlı planlarını açıqlayıb.
Baş nazir Liz Trass oktyabr ayından etibarən ev təsərrüfatlarının enerji xərclərinin ildə 2500 funt sterlinqlə məhdudlaşacağını deyib.
Qeyd edək ki, tipik bir ev təsərrüfatının qaz və elektrik haqqı oktyabrda 1971 funt sterlinqdən 3549 funt-sterlinqə qalxmalı idi. Liz Trassın açıqladığı yeni sxemə əsasən, bu məbləğ oktyabr ayından etibarən 2500 funt sterlinqi keçməyəcək.
Liz Trass əlavə edib ki, eyni tipli dəstək bizneslər üçün də 6 aylıq müddətdə göstəriləcək. Baş nazir bildirib ki, hökumət insanların enerji ödənişləri ilə bağlı çətinliyini anlayır və bu siyasətin həyata keçirilməsi üçün fövqəladə qanunvericiliyin irəli sürüləcəyini qeyd edib.
(c)APA