DÜNYA

08 Sentyabr

Estoniya sərhədlərini Rusiya vətəndaşlarına bağlayır

Estoniya sentyabrın 19-dan öz sərhədlərini Rusiya vətəndaşlarına bağlayır.

Fins.az xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Urmas Reinsalu bildirib.

“Bu, Estoniya və Şengen zonası üçün vacib təhlükəsizlik məsələsidir. Həm də bunun mənəvi əhəmiyyəti var: Rusiyanın Ukraynada apardığı soyqırımı müharibəsinə haqq qazandıranlara Estoniyada və Avropada yer yoxdur”, - Reinsalu vurğulayıb.