DÜNYA

08 Sentyabr

Zelenski 606 rusiyalı rəsmiyə sanksiya tətbiq etdi

Ukrayna Rusiya hakimiyyətinin 606 nümayəndəsinə qarşı sanksiya tətbiq edib.

Fins.az  xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında açıqlayıb.

Onun sözlərinə görə, Rusiya Təhlükəsizlik Şurasının 28, Federasiya Şurasının 154 üzvünə, eləcə də Dövlət Dumasının 424 deputatına qarşı sanksiya tətbiq edilib.

Zelenski qeyd edib ki, sözügedən şəxslərə qarşı artıq bir sıra hüquqi, diplomatik və siyasi tədbirlər görülüb. Lakin Ukrayna lideri bu tədbirlərə nələrin daxil olduğunu açıqlamayıb. Bununla yanaşı, sanksiya tətbiq edilən şəxslərin siyahısı da yayımlanmayıb.