Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-dən 22-dək ABŞ-a səfər edəcək.
“Fins.az” xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Bundan əvvəl Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Səmərqəndə gedəcəyi gözlənilir. Onun Özbəkistana səfəri sentyabrın 15-dən 16-a kimi nəzərdə tutulub.