Rusiya prezidenti Putin Şərq İqtisadi Forumunda çıxışında "Bu, qiymət artımına səbəb olacaq cəfəngiyyatdır. Amerikalıların təzyiqi ilə sanksiyalar tətbiq etdilər. Əgər bu, bizim müqavilələrimizə və maraqlarımıza zidd olsa, göndərməyəcəyik. Neft, qaz və ya kömür nə olursa olsun, məntiqli düşünsünlər”-deyə qeyd edib.
"Fins.az" xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, "Rusiya təbii qaz bazarlarını aktiv şəkildə manipulyasiya edir" deyə bildirib.
Avropada dərinləşən enerji böhranı liderlərin bəyanatlarında da öz əksini tapıb.
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, "Biz elektrik enerjisindən istifadənin pik vaxtlarında istehlakı azaltmaq üçün hədəf təyin etməyi təklif edəcəyik" deyib.
Rusiyanın təbii qaz bazarlarını aktiv şəkildə manipulyasiya etdiyini bildirən Leyen, rus qazı üçün tavan qiymət təklif edəcəklərini bildirib. Avropa Komissiyasının sədri ucuz qiymətə elektrik enerjisi istehsal edən şirkətlərin gəlirləri üçün tavan təklif edəcəklərini açıqlayıb.