DÜNYA

07 Sentyabr

Putin: "Avropa biznesinin dünyadakı yerini Amerika şirkətləri tuta bilər"

Qərbin sanksiyalarından təsirlənən Avropa biznesinin yerini ABŞ-dan olan şirkətlər tuta bilər.

"Fins.az" xəbər verir ki,bunu çərşənbə günü Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

"Nəticədə həm qitədə, həm də bütövlükdə qlobal bazarda Avropa biznesinin yerini onların amerikalı himayədarları tərəfindən tutulması təəccüblü deyil”, - Rusiya lideri bildirib.