DÜNYA

07 Sentyabr

“Qazprom” Türkiyənin qaz ödənişlərinin 25%-ni rubla keçirməyi planlaşdırır

Gözləntilərin üzərində açıqlanan ABŞ-ın xidmət sektoru məlumatları FED-in faiz dərəcələrini kəskin şəkildə artırmağa davam edəcəyinə dair gözləntiləri gücləndirdiyindən, dollar yen qarşısında son 24 ilin ən yüksək səviyyəsinə yüksəlib.

"Fins.az" xəbər verir ki, Yapon yeni hökumətin güclü mesajlarına və Yaponiya Bankının (BOJ) açıqlamalarına baxmayaraq, dollar qarşısında tarixi minimumları sınamağa davam edir.

Dollar/yen məzənnəsi bu səhər 1%-dən çox artaraq 144,38-ə çatıb ki, bu da 1998-ci ildən bəri ən yüksək səviyyədə qərarlaşıb. 

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno, pul bazarındakı sürətli və birtərəfli hərəkətlərdən narahat olduğunu və lazım gələrsə, tədbir görəcəyini söylədi. Matsuno, "Hökumət valyuta bazarındakı hərəkətləri izləməyə davam edəcək və oxşar hərəkətlərin davam edəcəyi təqdirdə fövqəladə vəziyyətin qəbulu ilə lazımi addımları atacaq" deyə bildirib

Yaponiyanın maliyyə naziri Shunichi Suzuki də yeninin ucuzlaşmasını çox yaxından izlədiyini bildirib. Yaponiya Bankı, planlaşdırılan 5-10 illik istiqraz alışlarını 500 milyard yendən 550 milyard yenə yüksəltdiyini açıqlayıb.

Ölkədə istiqraz satışı, 10 illik istiqraz faizini yüzdə 0,245 olan BOJ-nin tolerantlıq tavanı olan yüzdə 0,25 həddinə çatdırmışdı. Yapon yen bu il dollar qarşısında 20 faiz dəyər itirib.