DÜNYA

06 Sentyabr

Almaniyadan enerji böhranına qarşı addım atdı

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habeck ölkədə qalan 3 atom elektrik stansiyasından 2-nin qışda mümkün enerji çatışmazlığı vəziyyətində 2023-cü ilin aprel ayının ortalarına qədər fövqəladə ehtiyat olaraq gözləmə rejimində saxlanılacağını açıqlayıb.
"Fins.az" xəbər verir ki, Habeck, paytaxt Berlində keçirdiyi mətbuat konfransında, ölkədəki elektrik sistemi üçün stres testinin qış üçün böhranın mümkün olmadığını göstərdiyini ifadə etdi.

Nazir Robert Habeck ölkədə qalan 3 atom elektrik stansiyasından 2-nin (Bavariyada Isar 2 və Baden-Vürtemberqdəki Neckarwestheim 2) 2023-cü ilin aprel ayının ortalarına qədər fövqəladə hallar üçün ehtiyat kimi saxlanacağını açıqlayıb. O, “Bu yolla (nüvə elektrik stansiyalarını dayandırmaqla) ən pisi baş verərsə, hərəkətə keçə bilərik”, - deyə Habeck bildirib.