DÜNYA

05 Sentyabr

Almaniyadan 65 milyard avroluq antiinflyasiya paketi

Almaniya istehlakçıları və müəssisələri inflyasiyadan qorumaq üçün üçüncü tədbirlər paketini açıqlayıb.

"Fins.az" xəbər verir ki, güzəştli ictimai nəqliyyat və vergilərin azaldılması kimi tədbirləri ehtiva edən paketə 65 milyard avro vəsait ayrılıb.

Almaniyanın bazar günü elan etdiyi üçüncü tədbirlər paketinə əsasən, hökumət istehlakçıları və biznesi sürətlə artan inflyasiyanın təsirlərindən qorumaq üçün 65 milyard avro xərcləyəcək.

Baş nazir Olaf Scholz-un ​​rəhbərlik etdiyi üç partiyalı koalisiyanın razılaşdırdığı paketə əsasən, tədbirlər paketinə ictimai nəqliyyatda azaldılmış səyahət müddətinin uzadılması və təxminən 9000 enerji tutumlu şirkət üçün 1,7 milyard avro vergi endirimi daxildir.

Baş nazir Scholz qatıldığı konfransda, "Bu, elan edilən üç paket arasında indiyə qədər ən böyük paketdir" deyə qeyd edib.

Scholz, maliyyə naziri Kristian Lindnerin şirkətlərin həddindən artıq qazanclarından alınacaq vergilərin milyard avroya çatacağına dair açıqlamasına da toxunaraq, bu vergi gəlirlərinin son istehlakçının enerji xərclərini azaltmaq üçün istifadə ediləcəyini bildirib.

Müəllif:Aynur Qəniyeva