DÜNYA

03 Sentyabr

ABŞ-dan kritik əmək bazarı göstəriciləri

FED-in monetar siyasətinin davamlılığında müəyyənedici hesab olunan məşğulluq rəqəmləri açıqlanıb.

ABŞ-da qeyri-kənd təsərüüfütanı sektorunda məğulluq (NFP) 315000 nəfər artaraq proqnozları üstələyib. Qeyd edək ki, 300 minlik artım olacağı ehtimal olunurdu.

ABŞ-da ümumi işsizlik səviyyəsi isə 3.5%-dən 3.7%-ə yüksəlib.

Saatlıq qazanclar aylıq müqayisədə 0.3% və illik müqayisədə isə 5.2% artıb. Müvafiq olaraq isə aylıq müqayisədə 0.4%, illik müqayisədə isə 5.3% artım proqnozlaşdırlırdı.

Məlumat toplusunda məşğulluq rəqəmləri və maaşlar müsbət ikən, ümumi işsizlik səviyyəsindəki geriləmə qeyri-müəyyənlik yaradır.

Ümumi qeyri-kənd təsərrüfatında məşğulluq ötən illə müqayisədə 5.8 milyon nəfər artıb

ABŞ Əmək Statistikası İdarəsinin hesabatına görə, avqust ayı peşəkar və biznes xidmətləri, səhiyyə və pərakəndə ticarət sahələrində nəzərəçarpacaq iş qazancları əldə edilib.