Böyük Britaniyada hər on müəssisədən altısı elektrik enerjisi qiymətlərinin artması səbəbindən bağlana bilər.
Trend xəbər verir ki, bu barədə şənbə günü Bloomberg Britaniya istehsalçılarının maraqlarını təmsil edən Make UK qrupunun araşdırmasına istinadən məlumat verib.
Onun sözlərinə görə, ölkə istehsalçılarının təxminən yarısı üçün elektrik enerjisi ödənişləri son bir ildə 100%-dən çox artıb. "Mövcud böhran istehsalçılara istehsalı azaltmaq və ya kömək edilmədiyi təqdirdə tamamilə dayandırmaq arasında ciddi seçim təqdim edir"- araşdırmada deyilir.
Qrupun məlumatına görə, fabriklərin 13%-i artıq iş saatlarını azaldıb, 7%-i isə istehsalı daha uzun müddətə dayandırıb.