Birləşmiş Millətlər Təşkilatının FAO Ərzaq İndeksi mövsümi təklif effekti və bəzi məhsullara tələbin azalması səbəbindən enişi beşinci ay davam edib.
"Fins.az" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı İndeksi açıqlanıb.
Qlobal ərzaq qiymətləri təklifin mövsümi artımı və bəzi məhsullara tələbin azalması fonunda beşinci aydır ki, enişini davam etdirir.
Ukrayna limanlarından daşınan taxılın miqdarı artsa da, şimal yarımkürəsində buğda biçini tədarük çatışmazlığını azaldıb.
Birləşmiş Millətlər Təşkilatının cümə günü açıqladığı FAO İndeksi, dünyada ərzaq xərclərinin avqust ayında əvvəlki ayla müqayisədə 1,9 faiz azaldığını göstərdi. İndeks yanvar ayından bəri ən aşağı səviyyədə qalmağa davam edir.
Ərzaq qiymətlərinin düşməsi yaşayış böhranının dərinləşməsi ilə mübarizə aparan istehlakçılara bir qədər rahatlıq verə bilər, lakin azalma iyul ayından daha az olub, 2008-ci ildən bəri ən böyük enişdir və qiymətlər bir il əvvələ nisbətən daha yüksəkdir.