DÜNYA

02 Sentyabr

Norveçin enerji şirkəti Rusiya bazarını tərk edib

Norveçin “Equinor” enerji şirkəti Rusiyadan çıxışını başa çatdırıb.

Fins.az xəbər verir ki, “Equinor” Rusiyanı tam və nizamlı şəkildə tərk edən ilk beynəlxalq neft-qaz şirkətidir.

“Xaryaqa” layihəsindən çıxdıqdan sonra “Equinor”un Rusiyada heç bir aktivi və ya layihəsi qalmayıb”, - şirkətin bəyanatında deyilir.

Xatırladaq ki, “Equinor” şirkəti bu il fevralın 28-də Rusiyadakı birgə müəssisələrdən çıxmaq prosesinə başlayacağını bildirmişdi.