İran ABŞ-ın nüvə sazişi layihəsi ilə bağlı şərhlərinə cavab verib. ABŞ Dövlət Departamenti İranın 2015-ci il nüvə sazişinin bərpası ilə bağlı təkliflərə cavabını “konstruktiv deyil” kimi qiymətləndirib.
"Fins.az" xəbər verir ki, İran Avropa İttifaqının (Aİ) nüvə sazişinin canlandırılması üçün təqdim etdiyi və danışıqlarda yekun yol xəritəsi kimi qəbul edilən saziş layihəsinə ABŞ-ın münasibətinə cavab olaraq fikirlərini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi yazılı açıqlamada ABŞ-ın saziş layihəsi mətninə verdiyi cavabın Tehran tərəfindən müxtəlif səviyyələrdə araşdırıldığını və hazırlanan cavabın danışıqların koordinatoruna göndərildiyini açıqlayıb.
"Təqdim olunan mətndə danışıqların yekunlaşdırılmasına konstruktiv yanaşma var", - Kenani bildirib.
ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel mövzu ilə bağlı verdiyi yazılı açıqlamada, "İranın cavabını aldığımızı təsdiqləyə bilərik. Bunu araşdırırıq, cavab verəcəyik, amma təəssüf ki, konstruktiv deyil" deyə qeyd edib.