DÜNYA

02 Sentyabr

ABŞ Çin və Rusiyaya qabaqcıl çiplərin satışını məhdudlaşdırır

Bildirilir ki, ABŞ administrasiyası çip istehsalçıları Nvidia və AMD şirkətlərinə süni intellekt tədqiqatlarında istifadə edilən qabaqcıl çiplərin Çin və Rusiyaya satışını dayandırmaq barədə göstəriş verib.
"Fins.az" xəbər verir ki, Nvidia-nın ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamada, hökumətin şirkətə A100 və yaxınlaşan H100 çiplərinin Çin və Rusiyaya ixracı üçün yeni lisenziya tələbinin tətbiq edildiyi barədə məlumat verdiyi bildirildi.

Sözügedən açıqlamada, yeni lisenziya tələbinin A100 və H100 çiplərini ehtiva edən bütün sistemləri əhatə etdiyinə diqqət çəkilib və hökumət yeni tənzimləmənin Çində məhsulların hərbi məqsədlər üçün istifadə riskini hədəflədiyini bildirib.

Nvidia-nın SEC-ə verdiyi açıqlamada, yeni lisenziya tələbinin şirkətin H100 çipinin istehsalını vaxtında tamamlamaq və ya mövcud A100 müştərilərini dəstəkləmək qabiliyyətinə təsir göstərə biləcəyi və şirkətin müəyyən əməliyyatları Çindən kənara daşımasını tələb edə biləcəyi ifadə edildi.

Həmçinin bildirildi ki, müştərilər şirkətin alternativ məhsullarını almaq istəmədikdə və ya hökumət əsas müştərilərə lisenziya vermədikdə, yeni tənzimləmə Çinə planlaşdırılan təxminən 400 milyon dollarlıq satışı risk altına qoyur.