ABŞ-ın maliyyə naziri Janet Yellen Rusiyanın neft qadağasının həyata keçirilməsində əldə edilən əhəmiyyətli irəliləyişlə bağlı nikbinliyini ifadə edib.
"Fins.az" xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamada Yellen Böyük Britaniyanın maliyyə naziri Nadhim Zahawi ilə görüşüb.
Yellen bildirib ki, ABŞ və Böyük Britaniya bir sıra ümumi qlobal məqsəd və prioritetlər üzərində sıx əməkdaşlıq edir.
Bunlardan ən qabarıq olanının Rusiyanın Ukraynaya hücumuna ortaq reaksiya olduğuna diqqəti cəlb edən Yellen, Böyük Britaniyanın G7-nin Rusiya neftinə tavan qiyməti gətirmə səylərində əsas müttəfiq olduğunu bildirib.
Yellen “Mən komandalarımızın və bütün G7-nin qiymət tavanlarının həyata keçirilməsində əldə etdiyi əhəmiyyətli irəliləyişlə bağlı həqiqətən nikbinəm”-deyə qeyd edib.
Qiymət tavanı tətbiqinin iki əsas məqsədə töhfə verəcəyinə işarə edən Yellen, ilk olaraq Rusiya prezidenti Vladimir Putinin müharibəni davam etdirmək üçün ehtiyac duyduğu gəliri azaldacağını ifadə edib.
Müəllif: Aynur Qəniyeva