DÜNYA

31 Avqust

Qırğızıstan Müstəqillik Gününü qeyd edir

Qırğızıstan əsas dövlət bayramını - Müstəqillik Gününü qeyd edir.

Fins.az xəbər verir ki, 1991-ci ilin bu günü müttəfiq respublikaların ilklərindən biri olan Qırğız Respublikası Ali Sovetinin növbədənkənar sessiyası “Qırğızıstan Respublikasının Dövlət Müstəqilliyi Bəyannaməsi” haqqında qərar qəbul etdi.

Bu tarixi akta əsasən Qırğızıstan Respublikası müstəqil, suveren, demokratik dövlət elan edildi.

“Dövlət Müstəqilliyi Bəyannaməsi”nin qəbulu Qırğız Respublikasının tarixində yeni mərhələnin başlanğıcını qoydu.