Serbiyanın Energetika və Mədən Sənayesi Nazirliyi enerji böhranının təsirlərini azaltmaq üçün tədbirlər planı hazırlayıb.
Fins.az xəbər verir ki, məsləhət xarakteri daşıyan tədbirlər planı ilə enerji istehlakının keçən illə müqayisədə 15 faiz azaldılması nəzərdə tutulur. Tədbir planı çərçivəsində küçələrin işıqlandırılmasının və dekorativ işıqların sayının azaldılması, binaların izolyasiyasının yaxşılaşdırılması, günəş panelləri və led lampaların tətbiqinin genişləndirilməsi, istilik üçün elektrik enerjisi əvəzinə müxtəlif alternativlərdən istifadə edilməsi tövsiyə olunub, vətəndaşlara elektrik enerjisindən qənaətlə istifadə olunması ilə bağlı müraciət edilib.
Bundan başqa, enerji böhranının təsirlərini azaltmaq üçün 2021-ci ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi istehlakını azaldan ev təsərrüfatlarına əlavə güzəştlərin tətbiqi nəzərdə tutulur. Hökumət isə sentyabrın 1-dən etibarən müəssisələrdə istifadə olunan elektrik enerjisinin qiymətinin artırılmasını tələb edib.
© azertac