DÜNYA

31 Avqust

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən artıb

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 593 min barel artaraq, təxminən 422 265 min barel təşkil edib.

Fins.az  Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 633 min barel azalacağını proqnozlaşdırıb.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.