Almaniyada bu ay inflyasiya 7,9%-ə çatıb ki, bu da 1974-cü ildən bəri ən yüksək səviyyədir.
Fins.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.
Məlumata görə, Rusiya-Ukrayna müharibəsi nəticəsində artan enerji və ərzaq qiymətləri ölkədə inflyasiyanın sürətlənməsinə təkan verib.