Norveçin neft-qaz şirkəti "Equinor" və Almaniyanın "Wintershall Dea" şirkəti atmosferdə tutulan karbon qazını Almaniyadan Şimal dənizinin Norveç şelfindəki anbarlara daşımaq üçün dünyada ilk boru kəmərinin tikintisinə başlayıblar.
Fins.az xəbər verir ki, bu barədə şirkətlərin birgə bəyanatında deyilir.
Məlumata görə, boru kəmərinin gücü ildə 20 ilə 40 milyon ton "CO2" arasında olacaq ki, bu da Almaniyanın illik sənaye emissiyalarının təxminən 20%-nə bərabərdir.