Türkiyənin bu ilin iyul ayında ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.4% artaraq 18.5 milyard dollara çatıb. Bu, bütün dövrlərin iyul ayı üzrə ən yüksək ixracı olub.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika Təşkilatı (TÜİK) açıqlayıb.
Məlumata görə, bununla ölkənin bu ilin yanvar-iyul aylarında ixracı 19.1% artaraq 144.3 milyard dollara, idxalı isə 40.7% artaraq 206.5 milyard dollara çatıb.