Türkiyənin bu ilin iyul ayında xarici ticarət kəsiri əvvəlki ilin eyni ayına görə 147% artaraq 4,32 milyard dollardan 10,69 milyard dollara yüksəlib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika Təşkilatı (TÜİK) açıqlayıb.
Məlumata görə, ötən ilin iyul ayında ixracın idxala nisbəti 79,1% olduğu halda, ötən ay bu göstərici 63,4%-ə enib.
Əlavə edək ki, bu ilin ilk 7 ayı ərzində ölkənin xarici ticarət kəsiri 143,7% artaraq 25,5 milyard dollardan 62,1 milyard dollara yüksəlib.