Goldman Sachs, İngiltərə iqtisadiyyatının bu ilin dördüncü rübündən etibarən tənəzzülə (böhran, resessiya) girəcəyini gözləyir.
Fins.az xəbər verir ki, Goldman Sachs iqtisadçıları dərc etdikləri araşdırma hesabatında, Böyük Britaniyanın ÜDM-nin 2023-cü ilin ortalarına qədər təxminən 1 faiz azalacağını gözlədiklərini, eyni zamanda, bütün 2023-cü il üçün 1,1 faiz olan artım proqnozlarını 0,6% azalma olaraq yenidən nəzərdən keçirdiklərini bildiriblər.
İqtisadçılar tərəfindən hazırlanan araşdırma hesabatında, "Böyük Britaniyada həyat xərcləri ilə bağlı təzyiqlər pisləşən enerji böhranının dəstəyi ilə güclənməyə davam edir. Real istehlakın ciddi şəkildə düşəcəyi ehtimalı hələ də böyükdür.",- qeyd ediblər.
2023-cü ilin ikinci rübündə ev təsərrüfatlarının yığım nisbətinin "baş-başa nisbət"ndən aşağı düşəcəyini və 2023-cü ildə rekord aşağı səviyyə olan 3,5 faizə geriləyə biləcəyini təxmin edən Goldman Sachs, istifadə edilə bilən real gəlirin 2,9 faiz, real istehlakın isə 1,4 faiz azalacağını proqnozlaşdırıb.
Sentyabr ayında İngiltərə Mərkəzi Bankının (BoE) faizini 50 bənd artıracağını gözləyən Goldman Sachs, noyabr və dekabr ayları üçün 25 bəndlik artım gözləntilərinin yüksələ biləcəyini də qeyd edib.