Almaniya iqtisadiyyatı bu ilin ikinci rübündə birinci rüblə müqayisədə 0,1% böyüyüyb.
Fins.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.
Məlumata görə, ötən ilin ikinci rübü ilə müqayisədə isə ölkə iqtisadiyyatı 1,7% artıb. Avropanın ən böyük və dünyanın dördüncü iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı bu ilin birinci rübündə 0,8% böyüyüb.