Böyük Britaniyanın “British Airways” aviaşirkəti oktyabrın sonuna qədər əlavə uçuşları, qışda isə minlərlə reysi ləğv edəcək.
“Sky News” telekanalı xəbər verir ki, aviaşirkətin nümayəndəsinin açıqlamasında deyilir: “Müştərilərimizin böyük əksəriyyəti planlaşdırıldığı kimi səyahət edəcək və biz payız aralıq tətili üçün əsas istiqamətləri saxlayacağımıza baxmayaraq, oktyabrın sonuna qədər növbəti uçuşların ləğvinə getməli olacağıq.
Bundan əlavə, biz qış dövründə xidmətlərimizdən istifadə edəcək müştərilərimizi bəzi cədvəl dəyişiklikləri, o cümlədən, qısamüddətli uçuşların bəzilərinin birləşdirilməsi barədə əvvəlcədən xəbərdar edirik”. Telekanal qeyd edir ki, ümumilikdə martın sonuna kimi aviaşirkətin reyslərinin 8 faizi və ya 10 minə yaxın reysi ləğv ediləcək. Şirkət bu qərarı “Heathrow” hava limanının sərnişin axınını azaltmaq üçün limit tətbiq etməsi fonunda qəbul etmişdir.