DÜNYA

22 Avqust

Almaniya Ukraynaya kömək etməkdən imtina etdi

Almaniya hökuməti bir neçə aydır ki, Kiyevin əlavə silah tədarükü ilə bağlı müraciətlərinə məhəl qoymur. Bu barədə Almaniyanın “Die Welt” qəzeti yazır.

“Almaniya hökuməti artıq bir neçə aydır ki, Ukraynanın əlavə silah tədarükü tələblərinə məhəl qoymur. Son on həftə ərzində ukraynalı diplomatlar dəfələrlə Almaniyanın Müdafiə Nazirliyi qarşısında silah tədarükü məsələsini qaldırıblar, lakin Müdafiə Nazirliyi, eləcə də Federal Kanslerin ofisi müvafiq sorğuları ikinci plana atıb”. məqalədə deyilir.

Almaniya hökuməti Ukrayna Silahlı Qüvvələri üçün yeni silah təchizatından yayındığı haqda nəşrin yazdıqlarını Kiyevdəki mənbə təsdiqləyib. “Bütün müraciətlərimiz qeydə alınıb. Amma indiyədək bu heç bir nəticə verməyib”, - deyə qəzet sitat gətirir.