ABŞ yaxın bir neçə həftə ərzində Ukraynanın Qara dəniz limanlarından taxıl ixracatının bərpasına dair razılaşmanın bir hissəsi olaraq, ərzaq yardımı üçün Ukraynadan təxminən 150 min ton taxıl alacaq.
Fins.az "Amerikanın səsi" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bislin açıqlayıb.
Onun sözlərinə görə, taxılın son istiqamətləri hələ təsdiqlənməyib, bu məsələ ilə bağlı danışıqlar aparılır.
Bununla belə, planlaşdırılan daşınma agentlik tərəfindən Ukraynadan sakinlərin aclıq təhlükəsi ilə üzləşdiyi Afrika Buynuzuna göndərilən gəmidəki taxılın miqdarından 6 dəfə artıqdır.
Ukraynadan gələn gəmi bölgəyə 23 min ton taxıl çatdıracaq və bu, bir ay ərzində 1,5 milyon insanı qidalandırmaq üçün kifayətdir.