DÜNYA

22 Avqust

Aclıq təhlükəsi

BMT, təxminən, 22 milyon insanın Efiopiya, Keniya və Somalidə uzun illər davam edən quraqlıq səbəbindən aclıqla üz-üzə qaldıqlarını bildirib. Təşkilstın Ümumdünya Ərzaq Proqramının yaydığı məlumata görə, bu ölkələrdə mal-qara tələf olur, əhali kəskin su qıtlığı yaşayır. Quraqlıq səbəbindən 1,1 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Bununla belə, bölgədə quraqlığın yaxın aylarda da davam edəcəyi gözlənilir. Təşkilat, həmçinin əmin edib ki, regionda quraqlıq hələ bitmədiyinə görə növbəti altı ayda yerli əhalinin artan tələbatını ödəmək üçün, təxminən, 418 milyon dollar əlavə vəsait lazımdır.

Xəbəri BBC yayıb.