DÜNYA

22 Avqust

Hindistan və Rusiya bir-birinin ödəniş sistemlərini tanıya bilər

Hindistan və Rusiya tezliklə bir-birinin ödəniş sistemlərini, o cümlədən “Mir” və “RuPay” sistemlərini tanıya bilər.

Fins.az xəbər verir ki, bu barədə Hindistanın "Deccan Herald" nəşri məlumat yayıb.

“İki ölkənin milli ödəniş infrastrukturları çərçivəsində “RuPay” və “Mir” kartlarının qarşılıqlı qəbulu Rusiyadan Hindistana və əksinə səfər edənlərin kartlardan istifadə etməklə problemsiz ödəmələrini asanlaşdıracaq”, - nəşr yazıb.

Qeyd olunur ki, belə bir ehtimal Hindistanın milli təhlükəsizlik üzrə müşaviri Ajit Dovalın Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov və digər rəsmi şəxsləri ilə görüşündə müzakirə edilib.