DÜNYA

19 Avqust

Avropada qazın qiyməti 2 500 dollardan yuxarı səviyyədədir

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 500 ABŞ dollarında yuxarı səviyyədə qərarlaşıb.

Fins.az xəbər verir ki, avqustun 19-da Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) hərraclarıın açılışında sentyabr fyuçerslərinin qiyməti 2 503,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 0,5% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.