Türkiyədə prezident seçkiləri 2023-cü il iyunun 18-də baş tutacaq.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ açıqlama verib.
“Türkiyədə prezident seçkiləri 2023-cü il iyunun 18-də keçiriləcək. Bu seçkilər Prezident Rəcəb Tayyib Ərdoğanın namizəd olacağı ikinci seçkilər olacaq”, - o deyib.