DÜNYA

19 Avqust

Avrozonada rekord inflyasiya qeydə alınıb

Avrozonada enerji və ərzaq qiymətlərinin artmağa davam etməsi ilə iyul ayında inflyasiya səviyyəsi rekord həddə çatıb.

Fins.az  xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, iyulda Avrozonada illik inflyasiya 8,9 faiz olub. Bu, “Eurostat” tərəfindən Avropada inflyasiya ilə bağlı məlumatların qeydiyyatının aparıldığı son 25 ildə qeydə alınan ən yüksək göstəricidir.

Avropa İttifaqında isə illik inflyasiya iyulda 9,8 faiz olub.

İnflyasiya göstəriciləri ötən ilin eyni ayı ilə müqayisədə Avrozonada 6,7 faiz, Aİ-də isə 7,3 faiz artıb.