Çin iqtisadiyyatına xarici investisiya qoyuluşu yanvar-iyul aylarında illik ifadədə 21,5 faiz artaraq 123,92 milyard dollara yüksəlib.
Fins.az xəbər verir ki, bu barədə məlumat ÇXR-n Kommersiya Nazirliyinin məruzəsində yer alıb.
Dərc olunmuş məruzəyə əsasən, Çin valyutası ilə ifadə olunarsa, həmin dövr ərzində cəlb edilmiş xarici kapitalın həcmi 17,3 faiz artaraq 798,33 milyard yuan təşkil edib. Çinin xidmət sahəsində faktiki istifadə olunmuş xarici investisiya yeddi ayda 10 faiz çoxalaraq 598,92 milyard yuana (təqribən 92,96 milyard dollar) çatıb. ÇXR-in yüksək texnologiya sahələrinə xarici kapital axını 32,1 faiz, o cümlədən sənaye sektorunda 33 faiz, qeyri-sənaye sferasında isə 31,8 faiz artıb.
- Qaradağ rayonunda kirayə 3 otaqlı evlər
- Binəqədi rayonunda kirayə 3 otaqlı evlər
- Nərimanov rayonunda kirayə 3 otaqlı evlər
- Nəsimi rayonunda kirayə 3 otaqlı evlər
- Sabunçu rayonunda kirayə 3 otaqlı evlər
- Səbail rayonunda kirayə 3 otaqlı evlər
- Suraxanı rayonunda kirayə 3 otaqlı evlər
- Xətai rayonunda kirayə 3 otaqlı evlər
- Xəzər rayonunda kirayə 3 otaqlı evlər
- Yasamal rayonunda kirayə 3 otaqlı evlər
- Nizami rayonunda kirayə 3 otaqlı evlər
Nazirliyin məlumatına görə, yanvar-iyul aylarında ən dinamik investisiya axını Koreya Respublikası, ABŞ, Yaponiya və AFR tərəfindən təmin edilib. Həmin ölkələrin Çin iqtisadiyyatına qoyduqları kapitalın həcmində müvafiq olaraq 44,5 faiz, 36,3 faiz, 26,9 faiz və 23,5 faiz artım qeydə alınıb.