Kanada lazım olan yanacağın alınması üçün Ukraynaya 450 milyon CAD (348,6 milyon ABŞ dolları) kredit ayırıb.
Fins.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Kanadanın Baş Nazirinin müavini və Maliyyə Naziri açıqlayıblar.
Məlumata görə, 450 milyonluq ödəniş Beynəlxalq Valyuta Fondunun bir neçə donor tərəfindən idarə olunan multidonor hesabı vasitəsilə həyata keçirilib.
Əlavə edək ki, bu il Kanada Ukraynaya ümumilikdə 3,4 milyard Kanada dolları (2,63 milyard dollar) yardım, o cümlədən ölkənin makroiqtisadi sabitliyini qorumaq üçün 1,95 milyard dollar kredit ayırıb.