Bu gün ingiltərədə istehlak qiymətləri indeksi açıqlanıb. Qeyd edək ki, iyul ayında İngiltərədə istehlak qiymətləri proqnozları belə üstələyib. Beləki, analitikləri inflyasiyanın aylıq 0.4%, illik isə 9.8% olacağını proqnozlaşdırsalar da, göstəricilər müvafiq olaraq 0.6% və 10.1% olaraq açıqlanıb.
Bu isə İngiltərə Mərkəzi Bankının inflyasiya ilə mübarizədə monetar siyasətini daha da sərtləşdirə biləcəyi ehtimallarını artırır. Bu səbədən də investorlar mərkəzi bank tərəfindən bu yöndə veriləcək açıqlamalara köklənəcəklər.