Avropa İttifaqının (Aİ) bu ilin iyun ayında ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% artaraq 224,9 milyard avroya, idxalı isə 48,5% artaraq 258,9 milyard avroya çatıb.
Fins.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.
Beləliklə, Aİ-nin xarici ticarət kəsiri 34 milyard avro təşkil edib.
Eyni zamanda, Avrozonanın iyun ayında ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,1% artaraq 252,2 milyard avroya, idxal isə 43,5% artaraq 276,8 milyard avroya çatıb. Bu dövrdə Avrozonanın ticarət kəsiri 24,6 milyard avro olaraq qeydə alınıb.