DÜNYA

16 Avqust

Rusiyanın taxta-şalban ixracı azalıb

Rusiyanın bu ilin yanvar-iyul aylarında taxta-şalban ixracı 3,6% azalaraq 15,4 milyon kubmetrə enib.

Fins.az xəbər verir ki, bu barədə "Roslesinforqa"nın (Roslesxozun meşə uçotu qurumu) mətbuat xidməti məlumat yayıb.

Ən böyük azalma Honq-Konq, Bolqarıstan, Böyük Britaniya, İrlandiya, Finlandiya, Avstriya və Hollandiyaya ixracda müşahidə olunub.  Eyni zamanda, Sinqapur, Çin, Yaponiya, Özbəkistan, Tacikistan, İordaniya, Qazaxıstan, İraq, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri Rusiyadan taxta-şalban idxalının həcmini artırıb.