DÜNYA

15 Avqust

Türkiyədə işsizlərin sayı azalıb

Türkiyədə bu ilin ikinci rübündə işsizlik səviyyəsi 0,4% bəndi azalaraq 10,6% olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.

Hesabat dövründə 15 yaşdan yuxarı olan işsizlərin sayı 43 min nəfər azalaraq 3 milyon 654 min nəfər olub. İşsizlik nisbəti kişilər üçün 8,9%, qadınlar üçün 13,9% təşkil edib.