DÜNYA

15 Avqust

ABŞ-da mənzillərin qiyməti artıb

Cari ilin ikinci rübündə ABŞ-da mənzillərin orta qiyməti 14,2 faiz artaraq 413,5 min dollar təşkil edib. Qiymət artımı əsasən, iri aqlomerasiyalarda yerləşən şəhərlərdə qeydə alınıb.

Bu barədə ABŞ-ın Milli Rieltorlar Assosiasiyası hesabat yayıb. Assosiyasının baş iqtisadçısı Lourens Yun deyib: “Ev qiymətlərindəki artım, xüsusilə aşağı və orta gəlirli amerikalılar üçün əmək haqqı artımı sürətini xeyli üstələyib”. Xəbəri “Bloomberg” verib.