DÜNYA

15 Avqust

ABŞ Konqresi 430 milyard dollarlıq təşəbbüslər paketini təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası inflyasiyanın azaldılmasına yönəlmiş və hakimiyyət orqanları tərəfindən 430 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan təşəbbüslər paketini təsdiqləyib.

Təşəbbüslər paketi ilə bağlı səsvermə ABŞ Konqresinin aşağı palatasının saytında yayımlanıb. Xatırladaq ki, Senat bu paketi keçən həftə təsdiqləyib, indi paket imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə təqdim olunacaq. Prezident daha əvvəl onu imzalamaq niyyətində olduğunu bildirmişdi.

Konqresin təsdiqlədiyi 755 səhifəlik təşəbbüslər paketində bir çox tədbirlər, o cümlədən, federal büdcə kəsirinin, iqlim dəyişmələrinə qarşı mübarizə, həmçinin vətəndaşların səhiyyə xərclərinin azaldılması nəzərdə tutulur. Paketdə təqdim edilən proqramların həyata keçirilməsi üçün iri korporasiyaların vergiləri artırıla bilər. ABŞ  hakimiyyəti belə hesab edir ki, bu tədbirlərin  reallaşdırılması ölkədə inflyasiyanın azaldılmasına  imkan verəcək. “Bloomberg” agentliyi  xəbər verir ki, ABŞ-da ərzaq məhsullarının qiyməti ötən illə  müqayisədə 10,9 faiz atrmışdır. Bu, 1979-cu ildən bəri ən yüksək artımdır. “