DÜNYA

29 İyul

Gürcüstan iqtisadiyyatı 10 %-dən çox böyüyüb

Bu ilin I yarısında Gürcüstanda istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 % çox olub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, təkcə iyun ayında isə qonşu ölkənin iqtisadiyyatı 1 il əvvələ nisbətən 7,2 % böyüyüb.

Hesabat ayında artım nəqliyyat və anbar təsərrüfatı, elektrik, qaz, buxar və kondisioner təchizatı, informasiya və kommunikasiya, mehmanxana və restoranlar, mədənçıxarma sənayesində, azalma isə istehsal, tikinti və daşınmaz əmlak sahələrində qeydə alınıb.

© Report