Toyota Automotive Industry Turkey, Sakaryadakı fabrikində planlaşdırılan texniki xidmət, təmir və revizyon işləri ilə əlaqədar 1-14 avqust tarixləri arasında istehsalı dayandırır.
"Fins.az" xəbər verir ki, Toyota Automotive Industry Turkey, istehsal fəaliyyətini həyata keçirdiyi Sakaryadakı fabrikində planlı baxım, təmir və revizyon işləri ilə əlaqədar 1-14 avqust tarixləri arasında istehsalına qısa fasilə verir.
Toyota Automotive Industry Turkey, 2021-ci ildə Sakaryadakı istehsal fabrikində istehsal etdiyi 230 min avtomobilin 188 minini 150-dən çox ölkəyə ixrac edib.
Müəllif: Aynur Qəniyeva