DÜNYA

28 İyul

“Airbus” bu il müştərilərə 700 kommersiya təyyarəsi verməyi planlaşdırır

Təyyarə istehsalçısı olan “Airbus” 2022-ci ildə müştərilərinə 700 təyyarə təhvil verməyi planlaşdırır.

Bu barədə şirkətin saytında dərc olunmuş kommünikedə deyilir.

“Agence France-Presse”in məlumatına görə, bu, əvvəllər düşünüldüyündən 20 təyyarə azdır. “Airbus”, pandemiya zamanı görülən tədbirlərdən təsirlənən tədarükçülərin çətinlikləri səbəbindən 2022-ci il üçün təyyarə tədarük proqnozlarına yenidən baxıb.

“Təchizat zəncirinin vəziyyəti bizi 2022 və 2023-cü illərdə A320 ailəsinin böyümə mərhələlərini tənzimləməyə məcbur edir. İndi biz 2024-cü ilin əvvəlində aylıq 65 təyyarə istehsal etməyi planlaşdırırıq”, - “Airbus”un icraçı direktoru Giyom Fori vurğulayıb.