“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta”nın bu ilin ikinci rübündə gəliri ilk dəfə ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb.
"Fins.az" xəbər verir ki, Meta aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.
Buna görə şirkətin bu ilin ikinci rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 1 azalaraq 28,8 milyard dollara enib. Meta 2021-ci ilin ikinci rübündə 29,1 milyard dollar gəlir əldə edib.
Bu dövrdə bazar gözləntilərinin altında olan Meta gəliri ilk dəfə azalıb. Şirkətin xalis mənfəəti ikinci rübdə 36 faiz azalaraq 6,7 milyard dollar olub.
Şirkətin 2021-ci ilin ikinci rübündə 3,61 dollar olan səhm üzrə qazancı da bu ilin eyni dövründə 2,46 dollara düşüb.
Müəllif: Aynur Qəniyeva