İstanbulda Ukrayna taxılının daşınmasına dair Birgə Koordinasiya Mərkəzinin rəsmi olaraq açılış mərasimi baş tutub.
"Fins.az" xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar açılış mərasimində iştirak edib.
“Görülən işlərin bütün dünyaya təsir edən ərzaq böhranının aradan qaldırılmasına, xüsusilə də qiymətlərin enməsinə əhəmiyyətli dərəcədə töhfə verəcəyini hesab edirik”, - deyə Akar mərasimdə çıxışı zamanı söyləyib.