DÜNYA

27 İyul

Dünyanın ən zəngin ailəsinin sərvəti 11,4 milyard dollar əriyib

ABŞ-ın pərakəndə satış nəhəngi Walmart bu il ikinci dəfə gəlirlilik proqnozunu aşağı saldıqda, şirkətin sahibi olan Walton ailəsinin sərvəti 11,4 milyard dollar əriyib.
"Fins.az" xəbər verir ki, ABŞ-ın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan Walmart inflyasiyanın artması səbəbindən səhm başına gəlirliliyin 13% azalacağını proqnozlaşdırmışdı. Arkanzasda yerləşən şirkətin səhmləri bu açıqlamadan sonra Nyu-Yorkda ticarətdə 7,6% ucuzlaşıb. İki ay əvvəl şirkət səhm başına gəlirin cəmi 1% azalacağını proqnozlaşdırmışdı.

Walmart-ın qurucusu Sam Walton şirkəti endirim mədəniyyətinə uyğun qurması hətta tənəzzüllər zamanı səhmləri dəstəkləyib. 

Uoltonun üç övladı Alice, Cim və Rob şirkətin yarısına sahibdirlər və Bloomberg Milyarderlər İndeksinə görə onların sərvəti ilin əvvəlindən 11 faiz azalaraq 199,3 milyard dollara çatıb.

Walmart, səhmləri bu il kəskin şəkildə düşmüş yeganə pərakəndə satıcı deyil. Kanadalı e-ticarət şirkəti Shopify-ın baş direktoru Tobi Lutke, pandemiyadan sonrakı bərpanın onun proqnozlaşdırdığı kimi olmadığını və işçilərin təxminən 10 faizini işdən çıxaracağını söylədikdən sonra çərşənbə axşamı günü 14% düşdü. Lutkenin sərvəti 383 milyon dollar idi. Shopify səhmləri ilin əvvəlindən bəri 77% azalıb.

Müəllif: Aynur Qəniyeva